Rabitəbank “Müştəri təmsilçisi” layihəsini yekunlaşdırıb
(®) “Rabitəbank” ASC bir neçə ay öncə ən yaxşı təcrübəni tətbiq etmək məqsədi ilə riteyl əməkdaşlarının universallaşdırılması istiqamətində “Müştəri təmsilçisi” layihəsinə start verib.
Layihə direktor, rəhbər, menecer və ekspertlərin mentorluğu ilə 5 həftəlik əsas təlimləri əhatə edir.
Təlimlərdə əməliyyat və kredit sahəsi üzrə ümumi 225 əməkdaş iştirak edib. Təlimlərdə mentorlar iştirakçıları xidmət keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin artırılması, kommunikasiya prosesinin müxtəlif aspektləri və effektivliyinə dair real praktiki misallarla əsaslandırılmış məlumatlarla təchiz edib, onlara öz aralarında və mentor ilə fikir mübadiləsi aparmağa imkan yaradıb.
Təlim proqramını tamamlamış əməkdaşlar artıq universal işçi kimi yetişərək “Müştəri təmsilçisi” sertifikatları ilə təmin olunublar. Universal müştəri təmsilçisi kimdir? Artıq filiala yaxınlaşan müştəri müraciət sorğusundan asılı olmayaraq istənilən əməliyyatçıdan dəstək ala biləcək. Bir əməliyyatçı, həm fərdi istehlak, həm biznes, həm kart və digər bank xidmətləri ilə tam məlumatlanmış təmsilçiyə çevrilib.
Qeyd edək ki, Rabitəbank müştəri yönümlülük və dayanıqlı işkişaf dəyərlərinə uyğun olaraq bundan sonra da dünya təcrübəsi və innovasiyaların tətbiqini davam etdirəcək, əməkdaşların davamlı inkişafı üçün həm üzbəüz, həm də onlayn istiqamətdə fəaliyyətlərini genişləndirəcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)






.jpg)






