Soya isti hava dalğası ilə bahalaşır
Soya dünyada ən mühüm bitki mənşəli zülal (protein) və yağ mənbələrindən biri olan kənd təsərrüfatı məhsuludur. Soyanın istifadəsi heyvan yemi sənayesindən tutmuş insan istehlakına və qeyri-ərzaq məhsullarına qədərdir. Onun qiyməti son illərdə ən yüksək səviyyədədir.
Marja xəbər verir ki, Dünyanın ən böyük soya istehsalçıları olan Argentina və Braziliyada baş verən La Nina hava hadisəsinin yaratdığı isti dalğası qiymətləri daha da artırır. Hər iki ölkədə istehsalın 2022-ci ildə gözləntilərdən aşağı düşəcəyi ilə bağlı narahatlıqlar qiymətləri bir buşel üçün 14 dollara çatdırıb.
Çikaqo fyuçers bazarında soyanın qiyməti 14 dollar/buşelə çataraq 2021-ci ilin avqustundan bəri ən yüksək səviyyəni görüb. Yanvarda 5 faiz, son 1 ayda isə 11 faiz artan qiymət artımının davam edəcəyi təxmin edilir.
Son həftələrdə La Nina Cənubi Amerikanın məhsul istehsalı potensialı ilə bağlı proqnozları təhrif edir. Cənub yarımkürəsində yayın gəlişi ilə əsas əkin sahələrinin çox hissəsi dekabrın ortalarından bəri quraqlığa təslim olub. Bununla əlaqədar olaraq istehsalın həcminin azalacağı ilə bağlı narahatlıq var.
Ən böyük idxalçı Çindir
Dünya soya istehsalında Braziliya, ABŞ və Argentina liderlik edir. 2019/20 istehsal mövsümündə dünya soya idxalı təxminən 152 milyon ton olub. Ən çox soya idxalı edən ölkə Çindir. Çinin idxalda payı təxminən 60 faizdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)







