"Getir"in yeni hədəfi 12 milyard dollardır
"Getir" yeni bir investisiya raunduna başlayıb. Şirkətin yeni maliyyələşdirmə turunda 12 milyard dollarlıq dəyər hədəflədiyi bildirilir.Tükiyənin kuryer şirkəti "Getir" 1 milyard dollar sərmayə cəlb etmək üçün yeni maliyyələşdirmə mərhələsinə başlayıb.
Marja "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət yeni investisiya turunda 12 milyard dollar dəyərə çatmağı hədəfləyir.
"Bloomberg"ə danışan bir mənbəyə görə, keçən il 7,7 milyard dollar dəyər qazanan "Getir", xaricdəki böyüməsini maliyyələşdirmək üçün 1 milyard dollardan çox investisiya cəlb etməyi hədəfləyir.
Əvvəlki investisiya turunda "Getir" "Tiger Global", "Sequoia Capital" və "Mubadala Investment Co" kimi şirkətlərdən investisiya cəlb etmişdi.
Əgər hədəfinə çatarsa, "Trendyol"dan sonra Türkiyənin ən dəyərli startapı olacaq
Keçən il bir çox investordan 1,1 milyard dollar investisiya cəlb edən şirkət, çatdırılma sahəsində ən dəyərli şirkətlərdən birinə çevrilib. "Getir"in ABŞ-dakı rəqibi "GoPuff" 15 milyard dollarlıq bir dəyərə çatıb.
Hədəf etdiyi qiymətə çatarsa, keçən il 16,5 milyard dollar dəyər qazanan "Trendyol"dan sonra Türkiyənin ikinci ən dəyərli startapı olacaq.
İngiltərə, Almaniya, Hollandiya, Fransa, İtaliya, İspaniya və Portuqaliyadan sonra "Getir" ABŞ-ın Çikaqo və Nyu York şəhərlərində fəaliyyətə başlayıb."Getir" Türkiyə, İspaniya və İngiltərədə də alışlar edib. Şirkət bu yaxınlarda ABŞ-ın Boston şəhərində fəaliyyətə başlayacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






