Bir Azərbaycan şirkəti “McDonald`s”ın tədarükçüsünə necə çevrildi? - FOTO
Keyfiyyətli məhsul müvəffəqiyyətin rəhnidir.Əminik ki, salat və burgerlərin hazırlanmasında istifadə edilən kahı, pomidor, həmçinin digər kənd təsərrüfatı məhsullarının tədarükçüsü olan Azərbaycan şirkəti - A AGRO MMC-nin “McDonald`s” şirkəti ilə fəal əməkdaşlıq etdiyini bilmək oxucularımıza maraqlı olacaq.
A AGRO MMC-nin beynəlxalq keyfiyyət standartlarına uyğunluğu necə təmin etməsi barədə daha çox məlumat əldə etmək üçün müxbirimiz bu şirkətin istehsal müəssisəsində olub.
Müəssisənin fəaliyyəti ilə bizi A AGRO MMC-nin direktoru Pərviz Haqverdiyev və keyfiyyət üzrə meneceri Asif İbrahimov tanış edib.
Söhbət zamanı Pərviz Haqverdiyev şirkətin bir neçə standart üzrə uyğunluq sertifikatı aldığını vurğulayıb.
“Bu sırada GLOBALG.AP standartını da göstərmək olar. Kənd təsərrüfatı istehsalçıları üçün nəzərdə tutulmuş bu beynəlxalq standartın məqsədi qida məhsullarının təhlükəsizliyinin, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsidir. Onun milli standartlardan əsas fərqi təkcə yekun məhsulun keyfiyyətinin qiymətləndirilməsini deyil, bütün istehsal prosesini əhatə etməsindədir.
Bizim həmçinin SA 8000 standartı (sosial məsuliyyət) üzrə də sertifikatımız var. Onun əsas məqsədi əməkdaşların əmək şəratinin yaxşılaşdırılmasıdır.
“Məlum olduğu kimi, bu standartın tələbləri işçilərin qorunmasına, onlara qarşı hörmətli münasibətin və təhlükəsizliyin təmin edilməsinə, həmçinin əmək münasibətləri prosesində hüquq pozuntularının aradan qaldırılmasına yönəlib. “McDonald`s” bütün tədarükçülərindən bunu tələb edir.
Bundan başqa, “McDonald`s” korporativ Tədarükçülərin Keyfiyyət İdarəetmə Standartını (Supplier Quality Management System - SQMS) tətbiq edir. Zəmanətlərin təmin edilməsi üzrə bu xüsusi proqram tədarükçülərə etibarlı idarəetmə sisteminin mövcudluğunu nümayiş etdirmək, həmçinin “McDonald’s”ın ən yüksək tədarük zənciri standartlarına uyğun fəaliyyət göstərdiyinə zəmanət vermək imkanı yaradır”, - Pərviz Haqverdiyev vurğulayıb.
Şirkətin direktoru müəssisədə hər il 12-dək auditin keçirildiyini bildirib:
“Həm planlaşdırılmış, həm də planlaşdırılmamış auditlər keçirilir. Bəzi yoxlamalar barədə bizə əvvəlcədən məlumat verilir, bəziləri isə xəbərdarlıqsız həyata keçirilir. Hər il müəssisədə fövqəladə hallarla bağlı 2-3 tədbir keçirilir. Bu tədbirlər sırasına məhsulun geri çağırılması ilə bağlı ssenarilərin işlənməsi də daxildir”.
Əkin sahələri ilə tanışlıqdan sonra bizi məhsulların qəbul və saxlanması məntəqəsinə dəvət etdilər.
“Bura gətirilən məhsullar üç mərhələdə yoxlamadan keçirilir: vizual baxış, məhsulun istehsalata yararlığının yoxlanması və nəhayət, laborator yoxlama. Yalnız bundan sonra məhsulun istehsalata yararlılığı barədə yekun qərar qəbul edilir”, - Pərviz Haqverdiyev deyib.
Onun sözlərinə görə, “McDonald’s” standartları bir çox digər detalları da əhatə edir.
“Məsələn, soyuducuya ən əvvəl yerləşdirilmiş məhsul oradan ən tez çıxmalıdır. Hər bir məhsulun üzərində mütləq istehsal tarixi, yararlılıq müddəti və s. əks olunur. Saxlanma temperaturu ilə bağlı da çox ciddi qaydalar var”, - Haqverdiyev əlavə edib. O, burada gündə 3 dəfə sanitar-gigiyena tədbirlərinin həyata keçirildiyini vurğulayıb.
Həmsöhbətimizin sözlərinə görə, bu məntəqəyə çıxışı olan əməkdaşlar hər 6 aydan bir tibbi baxışdan keçirilirlər, əks halda işə buraxılmırlar.
“Məhsulların yuyulmasına gəlincə, bu da 3 mərhələdə həyata keçirilir - əvvəlcə kömür, duz və əks osmos süzgəclərindən keçmiş su ilə məhsul mümkün çirkdən, həşəratlardan və ziyanvericilərdən təmizlənir.
Yuyulduqdan sonra məhsul təkrar suya çəkilir və qurudulur. Yalnız bundan sonra çəkilmiş və təmizlənmiş məhsul metal detektorundan keçirilir və anbara göndərilir.
Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, A AGRO şirkətinin keyfiyyət üzrə meneceri Asif İbrahimov bizimlə söhbət zamanı bildirib ki, 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda beynəlxalq keyfiyyət standartlarının fəal tətbiqi həyata keçirilir:
“Sənaye məhsulları sahəsində bir neçə standart tətbiq olunur. Misal kimi, ISO və BRC (“British Retail Consortium”) standartlarını göstərmək olar. Bundan başqa, böyük beynəlxalq brendlərin öz korporativ standartları da var. Ən tələbkar standartlardan biri “McDonald's”a məxsusdur. Bu standartlar sosial məsuliyyətdən tutmuş qida təhlükəsizliyinədək geniş sahələri əhatə edir. Biz bu auditdən uğurla keçmişik və hazırda “McDonald's” ilə əməkdaşlıq edirik”.
A.İbrahimovun sözlərinə görə, ölkəmizdə ən çox tətbiq olunan ISO 22000 standartıdır. Bu standarta görə keyfiyyətli məhsul istehsalı üçün zəruri olan bütün birbaşa və köməkçi sahələr üzərində nəzarət məcburi şərt hesab olunur.
Ekspertin fikrincə, qida sənayesi inkişaf etdikcə, müştərilərin tələbi artdıqca, istehsalçılar qida məhsullarını daxili və xarici bazarlara çıxardıqca keyfiyyət standartlarının tətbiqi də artır.
“Son illərin hadisələri keyfiyyətli yerli məhsul istehsalının artırılmasını daha aktual vəzifəyə çevirdi. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanda bunun üçün bütün zəruri şərait yaradılıb”, - A.İbrahimov əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb























