ABŞ-da neft hasilatının artması nefti ucuzlaşdırır
ABŞ-da kommersiya xam neft ehtiyatları ötən həftə 6,3 milyon barrel azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 6,3 milyon barrel (1,2 faiz) azalma ilə 502,9 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,3 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 0,1 milyon barel artım qeyd etmişdi.
Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları son 13 həftənin 10-unda geriləmişdir.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 682 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 3,7 milyon barel (1,5 faiz) azalaraq 237,3 milyon barelə düşüb. Bazar gözləntisi də 1,1 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,9 milyon barrel geriləmişdi.
Xam neft istehsalı 20 həftənin 17-sində yüksəlib
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 88 min barrel artaraq 9,34 milyon barrelə çatıb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 20 həftənin 17-sində artım göstərib.
Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 274 min barrel azalaraq 7,74 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 240 min barel artımla 768 min barelə yüksəlib.
ABŞ-ın xam neft və benzin ehtiyatları bazar gözləntilərindən çox azalmasına baxmayaraq, hasilatın artması ilə bağlı olaraq qlobal bazarda neftin qiymətləri düşüb.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, ABŞ-ın Qərbi Texas neftinin barrel qiyməti 44,95 dollara, Brent neftinin barrel qiyməti də 47,54 dollara düşüb.
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalma ilə əlaqədar olaraq, ölkədə yay mövsümündə benzin istehlakının artdığına diqqəti çəkən mütəxəssislər, ehtiyatlardakı azalmanın xam neft idxalının da azalmasına səbəb olduğunu, ABŞ-dakı neftayırma zavodlarının xaricdən neft idxal etmək əvəzinə daxili bazardan neft satın almağı üstün tutduqlarını bildiriblər.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
21 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
3 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım





















