Azərbaycanda orta maaş açıqlandı
Azərbaycanda noyabr ayında orta maaş oktyabrdakı 827,9 manatdan 829,9 manata yüksəlib.2022-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6 faiz və ya 105,8 manat artaraq 829,9 manat olmuşdur.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
2022-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və ya 1,6 faiz artaraq 1 milyon732,5 min nəfər olmuş, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 19,3 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat olmuşdu.
2021-ci ilin yanvar-noyabr aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
8 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb

















.jpg)






