Ötən il Azərbaycanın ixracının 56%-i 2 ölkəyə olub
2022-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 41 milyard 672,2 milyon dollarını və ya 74,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14 milyard 539,9 milyon dollarını (25,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 27 milyard 132,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artmışdır.
2022-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3 milyard 47,7 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 34,4 faizi İtaliya, 11,1 faizi Türkiyə, 7,0 faizi Rusiya, 4,1 faizi Çin, 3,6 faizi Hindistan, 3,3 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,4 faizi Almaniya, 2,1 faizi İspaniya, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Çexiya, 1,8 faizi Xorvatiya, 1,5 faizi Gürcüstan, 1,4 faizi Portuqaliya, 1,3 faizi İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan, Vyetnam və ABŞ, 14,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 46,6 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, hər biri 4,4 faiz olmaqla İsrail və Hindistana, 3,6 faizini Yunanıstana, hər biri 2,6 faiz olmaqla İspaniya və Rusiyaya, 2,5 faizini Xorvatiyaya, 2,4 faizini Çexiyaya, 2,0 faizini Birləşmiş Krallığa, 1,9 faizini Portuqaliyaya, 1,7 faizini Gürcüstana, hər biri 1,6 faiz olmaqla İndoneziya və Almaniyaya, hər biri 1,3 faiz olmaqla Tunis və Vyetnama, 1,2 faizini Rumıniyaya, 1,1 faizini İsveçrəyə, 1,0 faizini İrlandiyaya, 6,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,5 faiz), Türkiyəyə (23,4 faiz), Gürcüstana (7,5 faiz), İsveçrəyə (6,5 faiz), Qazaxıstana (3,4 faiz), Niderlanda (2,3 faiz), ABŞ-a (2,2 faiz), Rumıniyaya (2,0 faiz), İtaliyaya (1,8 faiz), Bolqarıstana (1,8 faiz), Özbəkistana (1,5 faiz), Ukraynaya (1,5 faiz), Belarusa (1,2 faiz), Çinə (1,1 faiz), Hindistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiya, 15,8 faizi Türkiyə, 14,3 faizi Çin, 4,6 faizi Almaniya, 3,5 faizi Türkmənistan, 3,4 faizi Qazaxıstan, hər biri 3,3 faiz olmaqla ABŞ və İran, 2,3 faizi İtaliya, 2,0 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Koreya, Belarus, Ukrayna və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla Fransa və Hindistan, 1,3 faizi Braziliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Gürcüstan və Finlandiya, 14,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2022-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 4,6 faiz, tütün – 31,0 faiz, çay – 59,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,1 faiz, mineral gübrələr – 10,0 faiz, emal olunmamış alüminium – 50,2 faiz, qara metallardan çubuqlar – 41,9 faiz, sement klinkerləri – 14,8 faiz, qara metallardan borular – 24,5 faiz artmış, təzə tərəvəz ixracı isə 2,8 faiz, şəkər – 7,1 faiz, kartof – 15,2 faiz, bitki yağları – 33,5 faiz, meyvə və tərəvəz şirələri – 12,2 faiz, meyvə və tərəvəz konservləri – 0,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 32,3 faiz, pambıq lifi – 39,0 faiz, polietilen – 13,7 faiz, polipropilen – 7,7 faiz, pambıq ipliyi – 53,2 faiz, qara metallardan yarımfabrikatlar – 49,6 faiz, bentonit gili – 1,5 faiz azalmışdır.
2021-ci illə müqayisədə 2022-ci ildə buğda idxalı 12,6 faiz, bitki yağları – 9,5 faiz, xam şəkər – 6,1 faiz, təzə meyvə – 4,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 23,5 faiz, unlu qənnadı məmulatları – 9,0 faiz, çay – 3,2 faiz, quş əti və onun əlavə məhsulları – 12,4 faiz, dərman vasitələri – 19,6 faiz, polad prokatı – 45,3 faiz, sintetik yuyucu vasitələr – 7,7 faiz, mebellər – 12,7 faiz, polietilen – 76,5 faiz, məişət kondisionerləri – 35,5 faiz, qara metallardan çubuqlar – 4,8 faiz, avtobuslar – 56,0 faiz, polipropilen – 12,7 faiz, sement – 26,7 faiz artmış, şokolad və şokolad məhsulları idxalı isə 5,2 faiz, kartof – 8,0 faiz, mal əti – 15,8 faiz, təzə tərəvəz – 31,7 faiz, siqaretlər – 70,4 faiz, minik avtomobilləri – 19,4 faiz, qara metallardan borular – 9,8 faiz, hesablama maşınları, blok və qurğuları – 19,4 faiz, yük avtomobilləri – 7,7 faiz, rezin şinlər – 0,2 faiz, mineral gübrələr – 20,5 faiz, paltaryuyan maşınlar – 18,8 faiz, qara metallardan künclüklər – 12,3 faiz, məişət soyuducuları – 39,2 faiz azalmışdır.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)










