Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan şirkəti "Azərmaş Group" MMC Çinin "Chery" şirkətinin "Jetour" markalı avtomobillərinin istehsalını başlayıb.

Bu barədə Marja.az Şirkətə istinadən xəbər verir.

"Tələbatın artması fonunda "Jetour" markalı avtomobillərin SKD (Semi Knocked Down) tipli istehsalına başlanılmış və satış dövriyyəsinin artırılması planlaşdırılır (ilk mərhələdə yalnız hazır avtomobillərin idxalı həyata keçirilirdi)", - Şirkətdən bildirilib.

Qeyd edək ki, "Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar cəlb edir. Cəlb ediləcək vəsait "Jetour" markalı avtomobillərin istehsalı və satışı layihəsinin inkişafına xərclənəcəkdir. Həmçinin VGV, JAC və VAZ markalı avtomobillər üzrə SKD tipli istehsalın genişləndirilməsi və satış həcmlərinin artırılması nəzərdə tutulur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

"Azərmaş Group" tərəfindən avtomobil yığımı fəaliyyəti Neftçala Sənaye Məhəlləsində və Hacıqabul Sənaye Parkında yerləşən zavodlarda həyata keçirilir. Bu zavodlarda müxtəlif seqmentlər üzrə - minik, yüngül yük və kommersiya avtomobilləri istehsal edilir. 

Şirkətin avtomobillərinin satışı Bakı şəhərində yerləşən rəsmi satış və nümayiş salonları vasitəsilə həyata keçirilir. Müştərilərə nəqliyyat vasitələrinin satışı ilə yanaşı, satışdan sonrakı xidmətlər - texniki servis, ehtiyat hissələrinin təminatı və zəmanət dəstəyi də göstərilir.

"Azərmaş Group" MMC eyni zamanda yerli bazarın tələblərinə uyğun olaraq dünyanın aparıcı istehsalçılarından müxtəlif modellərin idxalını həyata keçirir. İdxal olunan avtomobillər həm minik, həm də yük seqmentlərini əhatə edir. 

Cəmiyyət yerli avtomobil sənayesinin inkişafına dəstək olmaq, istehsal sahəsində müasir texnoloji tələblərin tətbiqini təmin etmək və ölkənin ixrac potensialını artırmaq məqsədilə bir sıra xarici tərəfdaşlarla əməkdaşlıq istiqamətində danışıqlar aparır.

azermaş group jetour azərbaycan chery jetour istehsalı azərbaycan avtomobil istehsalı SKD istehsal sistemi semi knocked down avtomobil jetour avtomobilləri
07.05.2026 17:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19