970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi

Azərikard Prosessinq Mərkəzi 24 iyun 2026-cı il tarixində Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş problemlə bağlı açıqlama yayıb. Azərikarddan verilən məlumata görə, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı Azərikard-dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

24 iyun 2026-cı il tarixində bəzi bankların müştərilərinin kart hesablarında baş vermiş hallar ilə bağlı açıqlama verilib.

Marja.az xəbər verir ki, açıqlamada problemin banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki səbəblərlə əlaqəli olduğu bildirilib.

Reklam_3_11

Qeyd edilib ki, baş verən hal “Azerikard”dan asılı olmayan texniki səbəbdən əməliyyatlarda təkrarlanmaların yaranması ilə bağlı olub.

Açıqlamaya əsasən, təkrarlanmış əməliyyatlar ləğv edilir və kart hesablarının bərpası mərhələli şəkildə həyata keçirilir.

“Məsələ yaxın zamanlarda tam həllini tapacaq”, — deyə məlumatda bildirilir.

Beləliklə, bəzi müştərilərin kart hesablarında müşahidə olunan uyğunsuzluqların aradan qaldırılması istiqamətində iş aparılır. Hesabların tədricən bərpa olunduğu və problemin tam həlli üçün texniki proseslərin davam etdirildiyi qeyd olunur.

Bu açıqlama ona dəlalət edir ki, bu gün bəzi müştərilərin kart əməliyyatlarında yaranmış çətinlik kiberhücum deyil, bu barədə iddialar əsassızdır.

İş elanları AzVak.az-da

24.06.2026 17:24
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19