“Xəzəri Qoruyaq!” geniş ekoloji hərəkat keçirilir
“Xəzəri Qoruyaq!” geniş ekoloji hərəkat keçirilir(®) Coca-Cola və tərəfdaşları Xəzər dənizi sahilini əhatə edən “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji askiya keçirir.
Dövlət qurumları, özəl sektor və ictimai təşkilatları təmsil edən onlarla tərəfdaş müəssisələr və onların əməkdaşları Xəzər dənizi sahillərini tullantılardan təmizləmək üçün könüllü olaraq kampaniya keçirirlər.
Sentyabrın 1-dən başlayan aksiya Xaçmazdan Astarayadək bütün Xəzər çimərliklərini əhatə edib sentyabrın 16-da yekun tədbirlə Bilgəh çimərliyi ərazisində bitəcək.
“Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik günü çərçivəsində təşkil edilir. Kampaniyanın məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etməkdir. Aksiya zamanı toplanacaq tullantılar çeşidlənərək təkrar emala göndərilir. Layihənin əsas tərəfdaşları Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması, “Carlsberg Azerbaijan”, “PAŞA Bank”, “Bakcell”, "SOCAR Trading", və “McDonald's” şirkətləridir.
Coca‑Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, kampaniya Azərbaycanda artıq ənənə halını alıb və tərəfdaşların dəstəyi ilə ildən-ilə genişlənir: “Coca-Cola-nın “Tullantısız Dünya” strategiyasına uyğun olaraq fəaliyyətdə olduğumuz ölkələrdə tullantıların azaldılması, ətraf mühitin qorunması üçün bir çox layihəyə dəstək oluruq. Hesab edirik ki, ətraf mühiti qorumaq hər birimizin məsuliyyətidir. Biz artıq 13-cü ildir ki, hər il sentyabrın ayında əməkdaşlarımız və tərəfdaşlarımızla birlikdə “Xəzəri Qoruyaq!” kampaniyası keçiririk. Sentyabr ayının əvvəlində başlayan aksiya nəticəsində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Lənkəran, Astara, Sumqayıt çimərlikləri tullantılardan təmizlənib. İnanıram ki, Bakıda keçirəcəyimiz yekun tədbirlə Xəzər dənizimizin mühafizəsinə önəmli töhfə vermiş olacağıq”.
Öz əməkdaşları və üzvləri ilə kampaniyada fəal iştirak edən təşkilatlar arasında “ASAN Könüllüləri” Təşkilatı, “Təmiz Şəhər” ASC, ABŞ-nin Azərbaycandakı Səfirliyi, Azərbaycan Cüdo Federasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, ADRA, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "LU-MUN" Holdinq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Azərbaycan Jurnalistlər Şəbəkəsi və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və ona üzv olan ABŞ, İsveç, İsveçrə, İtaliya, Macarıstan və Çin məzunları vardır.
Xatırladaq ki, son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq!” şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 55 hektardan çox ərazisi təxminən 45 ton məişət tullantısından təmizlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 16 saat sonra
-
-
5 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
7 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






.jpg)












.jpg)



