ABŞ və Britaniyan Yəməndəki husilərin mövqelərinə zərbələr endirdi
Cümə günü gecə ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin üsyançı hərəkatı "Ansar Allah" (Husi) hədəflərinə hücum edib.
Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
Marja.az xəbər verir ki, Yanvarın 11-i axşam "The Times" qəzetinin jurnalisti Stiven Svinford öz "X" səhifəsində (keçmiş Twitter) xəbər verib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Nazirlər Kabineti ilə Qərb koalisiyasının Husilərin hərəkətlərinə mümkün cavabı müzakirə edəcək. Sonra daha bir jurnalist İngiltərə və ABŞ-ın Yəmənə “tezliklə” zərbə endirəcəyini xəbər verib.
Husilər ABŞ və Böyük Britaniyanın Yəmənə aviazərbələr endirəcəyi təqdirdə cavab tədbirləri görəcəklərini əmin ediblər.
"Al Hadath" telekanalı ABŞ və Britaniya silahlı qüvvələrinin Qırmızı dənizdən ölkənin qərbində yerləşən Hudeyda liman şəhəri yaxınlığında husilərin mövqelərinə hücum etdiyini bildirib. "Reuters" agentliyi də amerikalı rəsmilərə istinadən zərbələr barədə məlumat yayıb.
"Al Hadath"ın məlumatına görə, partlayışlar Səna, Saada, Hodeyda, Taiz və Damar şəhərlərində də baş verib.
“Sky News Arabia” xəbər verir ki, Səna beynəlxalq hava limanı güclü bombardman edilib.
Amerikanın "NBC News" telekanalının məlumatına görə, Amerika və Britaniya hərbçiləri gəmilərdən “Tomaqavk” qanadlı raketləri ilə hücumlar həyata keçirib.
"Reuters"in məlumatına görə, husilərin mövqelərinə hücumlar təyyarə, gəmi və sualtı qayıqlardan həyata keçirilib.
ABŞ rəsmisi "Əl-Cəzirə" telekanalına bildirib ki, “ABŞ-İngiltərənin Yəməndəki Husi mövqelərinə zərbələri öz məqsədlərinə çatıb”. Zərbələrin hədəfləri “radar obyektləri, raket platformaları, eləcə də sahilyanı müşahidə məntəqələri” olub.
CNN, mənbələrə istinadən xəbər verir ki, ABŞ və Britaniya ordusu Yəməndə husilərin 10-dan çox hədəfinə zərbələr endirib.
Bayden və Sunakın bəyanatları
ABŞ prezidenti Co Bayden Yəmənə zərbənin Qırmızı dənizdə Husilərin hücumlarına cavab olduğunu bildirib.
Amerika lideri bildirib ki, zərbələr Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın da dəstəyi ilə həyata keçirilib.
ABŞ və Böyük Britaniya liderləri qeyd ediblər ki, zərbələr “müdafiə xarakteri daşıyır”.
Britaniyanın baş naziri husiləri mülki gəmiləri atəşə tutmağı dayandırmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb.
Vaşinqton Yəməndə husilərin silahlı qüvvələrini və beynəlxalq ticarət azadlığını qorumaq üçün hərəkətlərinə cavab olaraq əlavə tədbirlər görəcəyini istisna etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
1 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
1 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
1 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
-
19 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Ən çox oxunanlar
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır



















