23 minə yaxın turistin gəldiyi sanatoriya şəhəri
Həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib.
Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub. Qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb, konsert proqramları, musiqili əyləncəli tədbirlər təşkil edilir.
Naftalan Şəhər İcra Hakimiyyətindən "Marja"ya daxil olmuş məlumata görə, 2017-ci ilin səkkiz ayında burada dincələn və müalicə olunan turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çox olmuşdur.
Belə ki, 2017-cı ilin səkkiz ayında Naftalanın turizm obyektlərində 22 min 721 turist qeydə alınıb ki, bunun da 5481 nəfəri dünyanın 60-dək ölkəsindən xarici vətəndaşlardır. Xarici ölkələrdən gələnlərin sayı da 2016-cı ilin müvafiq dövrünə nisbətdə 43 faiz artmışdır. Məlumat üçün bildiririk ki, 2016-cı ilin səkkiz ayında şəhərə 3118 nəfər əcnəbi turist gəlmişdir.
Naftalana gələn xarici turistlərin əksəriyyəti Rusiya, Qazaxıstan, Qırğızıstan Özbəkistan və Ukraynadandır. Bundan başqa Türkiyə, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Meksika, Hindistan, Polşa, İtaliya, Şimali Koreya, ABŞ, Kanada və s. ölkələrdən gələnlər olmuşdur.
Ümumilikdə son illərin statistikası onu göstərir ki, naftalan nefti ilə müalicə olunmaq və ya istirahət etmək üçün Naftalana üz tutanların sayı ildən-ilə artır. Hazırda demək olar ki, şəhərin bütün sanatoriyaları, istirahət və müalicə mərkəzləri turistlərlə doludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


