Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

“Azəralüminium” MMC-nin 2024-cü il maliyyə nəticələri uğurludur. Qlobal risklərə rəğmən, “Azəralüminium” 2024-cü ili gəlirlə bağlayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda əlvan metallurgiya sənayesinin aparıcı şirkəti “Azəralüminium” MMC-nin 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.

Marja.az Şirkətə istinadən xəbər verir ki, “Azəralüminium” MMC-nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədəi 5,7 dəfə və ya 14,5 milyon manat artıraraq17,6 milyon manat təşkil edib. Şirkət 2023-cü ili 3 milyon 76 min manat xalis mənfəət ilə bağlamışdı.

Reklam_3_11

Şirkətin 2024-cü il üzrə fərdi maliyyə hesabatları “RSM Azərbaycan” MMC audit firması tərəfindən yoxlanılmış və hesabatlara müsbət rəy verilmişdir.

2024-cü ildə şirkətin ümumi gəlirləri 251 milyon manat təşkil etmişdir. Qeyd edilib ki, il ərzində qlobal iqtisadiyyatda baş verən proseslər, regional münaqişələr və əmtəə birjalarındakı kəskin qiymət dalğalanmalarının yaratdığı risklərə baxmayaraq, müəssisə fəaliyyətini yüksək gəlirlə başa vurmuşdur. Hesabat ilində çevik satış strategiyasının tətbiqi nəticəsində büdcə ilə müqayisədə gəlir artımı 34,8 milyon manat olmuşdur. EBITDA mənfəəti 2024-cü ildə əvvəlki illə müqayisədə 19,3 milyon manat artaraq 40,11 milyon manata yüksəlmişdir. Xalis mənfəət isə 2023-cü illə müqayisədə 14,5 milyon manat artaraq 17,6 milyon manat təşkil etmişdir. 2

2024-cü ilin sonuna “Azəralüminium” MMC-nin cəmi aktivləri 383,7 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin (367,1 milyon manat) göstəricisindən yüksəkdir. Aktivlərin artımı əsasən debitor borcların və qısamüddətli investisiyaların artması ilə bağlı olmuşdur. Bölüşdürülməmiş mənfəət 2023-cü ildəki 60,7 milyon manatdan 2024-cü ilin sonuna 78,3 milyon manata yüksəlmişdir. Qeyd edilib ki, bu göstərici şirkətin ardıcıl illər ərzində formalaşdırdığı sabit mənfəətlilik və gələcək investisiya imkanları üçün möhkəm baza olduğunu göstərir.

"Şirkət uzun illərdir ki, qeyri-neft ixracatçılar sırasında davamlı olaraq ilk 5-likdə yer almışdır. 2018–2024- cü illər ərzində Şirkət ümumilikdə 1,44 milyard manatlıq dəyərində alüminium məhsulları realizasiya etmişdir. Bu məhsulların 1.34 milyard manatını xarici bazarlara ixrac etmiş, 99.56 milyon manat dəyərində alüminium məhsullarını isə daxili bazarda realizasiya etmişdir. Bununla yanaşı şirkət tərəfindən ümumilikdə dövlət büdcəsinə 80,09 milyon manat məbləğində vergi və sosial sığorta ödənişləri həyata keçirilmişdir. “Azəralüminium” MMC qarşıdakı illərdə də dayanıqlı inkişaf, rentabellik və bazar mövqeyini qorumaq istiqamətində fəaliyyətini davam etdirməklə ölkə iqtisadiyyatına töhfəsini daha da artırmaq niyyətindədir",- press-relizdə bildirilir. 

Azəralüminium alüminium sənayesi əlvan metallurgiya maliyyə nəticələri 2024 xalis mənfəət EBITDA gəlirlər aktivlər bölüşdürülməmiş mənfəət audit RSM Azərbaycan ixrac qeyri-neft sektoru daxili bazar dövlət büdcəsinə ödənişlər investisiya imkanları dayanıqlı inkişaf rentabellik Azərbaycan iqtisadiyyatı
25.09.2025 19:51
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18