Türkiyədə işsizlik səviyyəsi artıb
Türkiyədə işsizlik səviyyəsi Sentyabr ayında kiçik artımla 8,5%-dən 8,6%-ya yüksəlib.
Marja.az TÜİK-in açıqladığı məlumatlara xəbər verir ki, ölkədə gənc əhali arasında işsizlik səviyyəsi 14,9%-a qədər azalıb.
Yaşı 15 və daha yuxarı olan əhali arasında işsizlərin sayı 2025-ci ilin Sentyabr ayında əvvəlki aya nisbətən 12 min nəfər artaraq 3 milyon 75 min nəfər olub. İşsizlik səviyyəsi dəyişməz qalaraq 8,6% olaraq qalıb. İşsizlik kişilər arasında 7,4%, qadınlar arasında isə 11,1% olub.
Mövsümi təsirlər xaric məşğulluq səviyyəsi 48,9% olub. 2025-ci ilin Sentyabr ayında məşğul olanların sayı əvvəlki aya nisbətən 200 min nəfər azalaraq 32 milyon 491 min nəfər, məşğulluq səviyyəsi isə 0,3 faiz bəndi azalaraq 48,9% olub. Bu göstərici kişilər arasında 66,3%, qadınlar arasında 31,8% təşkil edib.
İşçi qüvvəsinə qatılma səviyyəsi azalıb: 2025-ci ilin Sentyabr ayında işçi qüvvəsi əvvəlki aya nisbətən 188 min nəfər azalaraq 35 milyon 566 min nəfər olub, işçi qüvvəsinə qatılma səviyyəsi isə 0,3 faiz bəndi azalaraq 53,5% təşkil edib. Bu göstərici kişilər üçün 71,6%, qadınlar üçün isə 35,7% olub.
15-24 yaş aralığında gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki aya nisbətən 0,9 faiz bəndi azalararaq 14,9% olub. Bu yaş qrupunda kişilər üçün 11,4%, qadınlar üçün isə 21,4% təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























