ABŞ-da həftəlik xam neft ehtiyatları artıb
ABŞ-da həftəlik xam neft ehtiyatları ötən həftə 5 milyon barel artıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 5 milyon barel (0,9 faiz) artımla 533,1 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,8 milyon barrel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə isə xam neft ehtiyatları 0,2 milyon barel azalmışdı.
ABŞ-da strateji neft ehtiyatları isə ötən həftə 0,6 milyon barrel (0,1 faiz) azalaraq 693,4 milyon barelə enib.
Sözügedən dövrdə ABŞ-ın xam neft hasilatı bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 20 min barel artımla 9,13 milyon barelə yüksəlib.
Ölkənin xam neft idxalı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 902 min barel artımla 8,31 milyon barelə çatıb.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftə 2,8 milyon barrel (1,1 faiz) azalaraq 243,5 milyon barrelə enib. Bazar gözləntisi 2 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,1 milyon azalmışdı.
Həftəlik xam neft ehtiyatlarının gözləntilərin üstündə artım göstərməsinin ardından qlobal bazarlarda neft qiymətləri son 4 ayın ən aşağı səviyyəsini test edib.
EIA göstəricilərinin açıqlanması ilə ABŞ-da Qərbi Texas tipi xam neftin barrel qiyməti 47,13 dollara, London Brent növü Neft məşhur barrel qiyməti də 49,76 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 saat sonra
-
-
3 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
5 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti







.jpg)









.jpg)







