Planetin ən güclü bank brendi müəyyən edilib
“Brand Finance Sber-i Avropanın ən güclü brendi kimi tanıyıb.“Brand Finance” beynəlxalq reytinq agentliyi “Sber”i Avropanın ən güclü brendi (strongest brand in Europe) kimi tanıyıb.
Marja xəbər verir ki, Bank, Brend Gücü İndeksi (BSI) üzrə 100 mümkün baldan 92,3 bal toplayaraq və ən yüksək AAA+ reytinqini alaraq Avropada birinci yeri tutub.
Koronavirus pandemiyasına baxmayaraq, son bir ildə bank bu göstəricini 0,3 faiz artırıb.
Hesabatda bildirilir ki, bir il əvvəl brend gücü baxımından “Sber” Avropada “Ferrari”dən sonra ikinci yeri tutsa da, bu il şirkətlər yerlərini dəyişiblər.
Qlobal reytinqdə “Sber” planetin ən güclü bank brendi adını təsdiqləyib. Bütün brendlər arasında bank altıncı yeri tutub. “Sber” yalnız “WeChat”, “Coca-Cola”, “Google”, “YouTube” və “Naver”dən (Cənubi Koreyanın əsas axtarış saytı) sonra ikinci olub.
“Brand Finance”-in məlumatına görə, “Sberbank” brendinin dəyəri 12,8 milyard dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 36% çoxdur. Bu, bankın brend dəyərinə (Brand Value) görə mövqeyini yaxşılaşdırmağa və dünyanın ən bahalı brendləri reytinqində 156-cı yeri tutmağa imkan verib. Bir il əvvəl bank 181-ci yerdə idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı



























